Ön söz_Yüklə
...Yer adlı kosmik gəmi saniyədə otuz kilometr orta sürətlə Günəş ətrafında bir ilahi ahəng və düzənlə milyard illərdir ki hərəkət etməkdədir. Lakin gəminin içində bir hüzursuzluq, bir nizamsızlıq, bir həyəcan hökm sürür. Gəminin sərnişinləri bir-birilə anlaşa bilmirlər, qarşılıqlı şübhə, qorxu, iddia, ədavət, kin, inamsızlıq, milli, irqi, dini dözümsüzlük Adəm övladlarını bir-birinə düşmən edib. Qabilin Habili öldürdüyü gündən bu yana nə qədər qardaş qanı axıdılıb! Zindanlarda, savaşlarda, əsrlər boyu davam edən amansız qanlı müharibələrdə milyonlarla günahsız insanlar qətlə yetirilib. Azadlıq şüarları ilə başlanan bütün inqilablar sonda yeni əsarət, qanlı terror, saysız-hesabsız qurbanlar, diktatura ilə nəticələnib.
Əvvəlcə daş-kəsəklə savaşan insanlar, sonra qılınc-nizə-ox, və daha sonralar isə odlu silahlarla bir-birini qətlə yetirməyin daha mükəmməl üsullarını kəşf etdilər. Bu günsə hərbi arsenallardakı atom-nüvə silahları, kimyəvi, bakterioloji silahlar Yer üzündəki bütün canlı aləmi, bəşəriyyət də daxil, bir dəfə yox, beş yüz dəfə öldürməyə qadirdir. Milyonlarla insan aclıq və səfalət girdabında ikən, dünyada hərbi məqsədlər üçün orta hesabla dəqiqədə 1 milyon dollar sərf olunur.
Bəşər elmi böyük nailiyyətlər qazanmış, xüsusilə son əsrdə misli görünməmiş elmi-texnoloji nəticələr əldə edilmişdir. Bu nailiyyətlər insan övladını xoşbəxt edə bilərdi...Fəqət əfsuslar olsun ki elmi nailiyyətlər daha çox hərbə və təbiətin məhvinə xidmət etməkdədir.
Təbiətin ilahi düzəni pozulmaqdadır.Okeanın, torpağın, atmosferin hədsiz çirklənməsi, zəhərlənməsi, və nəticədə, qlobal istiləşmə, ozon yarıqları, yeni-yeni çeşidli xəstəliklər – bunlar yaxınlaşmaqda olan qlobal fəlakətin əlamətləridir. Bəşəriyyət heç zaman Apokalipsisə bu qədər yaxın olmamışdır.
İnsanın elmi artmaqdadır, lakin onun əxlaqı elmilə mütənasib artmır. Əksinə müəyyən tarixi dövrlərdə, məqamlarda geriyə gedir. İnsan möhtəşəm enerji mənbələrinə sahib olmuş, fəqət bu mənbələri doğru-dürüst idarə və istifadə edə biləcək əxlaqa sahib deyil.
Ölkələr, millətlər, tayfalar, dinlər, məzhəblər arası qanlı çəkişmələr bu gün daha təhlükəli şəkildə davam etmədədir. Bəşəriyyət XX əsrdə bolşevizmə, faşizmə, imperializmə, şovinizmə və digər mizantrop "izm”lərə milyonlarla qurban verdi. I Dünya müharibəsində 15 milyon insan qətlə yetirildi, II Dünya müharibəsində isə 50 milyon... XXI əsr qanlı münaqişələrlə başadı. Hər gün dünyanın qaynar nöqtələrində yüzlərlə insan qətlə yetirilir. Primitiv terrorizm artıq müasir elmi nailiyyətlərlə silahlanmış "intellektual” terrorizmlə əvəz olunmaqdadır və heç kim zəmanət verə bilməz ki bir gün bütün bəşəriyyət onun girovuna çevrilməyəcək.
Adəmdən bu yana zülm, xəyanət, istibdad, haram, nadanlıq, cinayət, fitnə, şər, yalan üzərində qurulmuş bütün böyük-kiçik qarşıdurmalarda İblisin dəst-xətti görünməkdədir. Bir zaman Allahın əmrinə asi olub, Adəmə baş əyməyən İblıs haqlı olduğunu isbat etməyə çalışır. Əslində bəşər tarixi həm də İblisin Adəm övladlarından intiqam tarixidir. Tarix boyu İblisin zəfər çaldığı zaman və məkanlar çox olmuşdur. Ən yeni tariximizdə Vyetnam, Əfqanıstan, Xocalı, 20 Yanvar, Bosniya, 11 Sentyabr, İraq...
Dünyanın mənəvi entropiyası artmaqdadır. Adəm nəslinin yaşaması üçün tövbə, barışıq və anlaşmadan qeyri alternativ yox! Hələ gec deyil, lakin hər an gec ola bilər.
Atom-nüvə proqramı üzrə "Manhetten” proyektində iştirak etmiş bir grup görkəmli amerikan alimi "Qiyamət gününün saatı” adlı simvolik nəhəng bir divar saatı quraşdırmışlar. Bu saatda gecə yarısı 1200 qlobal nüvə fəlakət anını ifadə edir. İndi bu saat 1155- i göstərir. Gecə yarısına cəmı beş dəqiqə qalib...
Proloq_Yüklə
Açdım gözlərimi
gördüm səhər açılır
Dənizin arxasından
al-qırmızı
günəş qalxır...
Sabahın xeyir
sevgilim dəniz!
Salamlar sənə
ulu kainat
Nə gözəlsən ey həyat!
Səmanın maviliyi
günəşin parlaq halqası
Torpağın ətri
suların şəffaf aynası
Yaradanın sonsuz gözəl nemətləri
bir ilahi sevgi dolu
Əbədiyyət
nicat yolu...
Nə gərəkdir daha
şükran üçün
bundan artıq
Ey insanlıq!...
Damokl qılıncı_Yüklə
Dünya adlı sərgi salonu
Tək bir tablo divarda
…Oturub
başı aşağı
xəyallarda
Dərin düşüncələr içində
İnsan
Dalıb dünyanın min-bir hikmətinə
qayğılı
nigaran
Başı üstə
tükdən asılıb
nüvə başlıqlı
ballistik raket…
Altinda imza
İnsan
"Müasir avtoportret”
Sirr quyusu_Yüklə
Taleyim sordu
nədir istəyin?
-Bir quyu arayıram
Gözdən uzaq olsun
özü dərin!
Qaranlıq bir
gecədə
Səmanın görünməyəndə
nə ayı, nə ulduzu
Əyilib çağırmaq
istəyirəm
Eheyy!...
İnsanlığın buynuzu var, buynuzu..
Şeytana uymuş insanlar
Taxta çıxıb Şər
Didib parçalayır
qırır bir-birini
zavallı bəşər
Quduzluğa mübtəla
Ümidsiz
intihar qorxusu
ağıldan bəla...
Mizantroplar_Yüklə
Çevirmiş bizlərdən üzünü Tanrı
İblisdən mayalanmış Zaman
Doğub-törəyir mizantropları
İnsan qiyafəli
məramı şər
İnləyir
şübhə
qorxu
məkr içrə
zavallı bəşər
Torpaq
şöhrət
qadın
altun
daha nə bilim
nə davası
Ədavətin
sağalmayan
yarası...
...Kəsiləcək bir gün
Insan nəslimiz
...Axtalanmasa
İblis!
Məkr, Hiylə Qaçqinlar Bumu insan!? Elmə sahib dəliqanlı ...Eyləmədim bir zaman mən -------------------- …Ey rəhim, ey rəhman Allah!
İblisin intiqamı və ya Bəşərin ən qısa tarixi_Yüklə
Canlılar var
insanlara bənzəyişli
Varlıqların kentavrı
cildi insan
beyni şeytan
quduz dişli
Mücərrədçi rəssam gərək
o canlını təsvir edə
İstedadlı
həm dözümlü
cəsarətli
fitnələrdən çəkinməyə!
Yol gedirik, yollar uzun
o varlıqlar aramızda
sağalmayan yaramızda
kəsilməyən davamızda
zəhərlənən qanımızda..
...Baş əymədi Adəmə İblıs
Qovuldu Ərşi-Əladan...
başladı fitnəsi
Tarix boyu
böyük qisas
silsiləsi
Riya, Yalan
Taxta çıxdı zaman-zaman
... O məsum Habili öldürdü Qabil
İlk qətl
ilk qardaş qanı
ilk qatil
İlk cinayət aktı
... və İblisin ilk uğurlu əməliyyatı!
Sonra yeni uğurlar...
Dara çəkilirkən
həqiqətlər
doğrular
Doğuldu
İblisdən törəmiş
insanlar
İnsanabənzər şeytanlar
Altun
gadın
hökmranlıq
Ehtiraslar
ömür boyu
heç olmasa bircə anlıq!...
Neronların qan qoxulu sarayları
Kolıma
Osvensim
Hirosima
Günahsız insanların harayları
Özlərini Allah sayan fironlar
İnkvizisiya, tonqallar
NKVD, zindanlar
Gecə ikən yox olanlar
Nargin adası
Moskva
Kreml
millətlərin atası
Lənətə gəlmiş
azğın
Şümrlər
Alçaldılmış
çürüdülmüş
taptalanmış
ömrlər
Varfolomey gecəsi
20 Yanvar
Xocalı
zirehli qoşun
Ürəkləri parçalayan namərd qurşun
köçkünlər
didərginlər
Elə həsrər qəriblərin fəryadı
Nifrət və guduzluq!
xəstə
Adəm övladı
Sonu görünməyən
amansız savaş
qaynar-soyuq
Arsenalda əvvəlcə daş
sonda mərmi
meqatonluq
Yüz iyirmi dörd min nəbi
gəlib-getdi
hey çağırdı doğru yola
ümmətləri
Eşitmədi yol azanlar
Düzəlmədi
məramı şər
nəfsinə qul
azğın bəşər...
Dövlət-dövlət
tayfa-tayfa
millət-millət
sərhədlənib insanlar
Bütlər ayrı
məzhəb ayrı
Allah ayrı
Hərbə hazır qudurğanlar
Minbirüzlü siyasilər
riya dolu ruhanilər
məlun, naşı təbiblər
Mərəz ağır...
Haray çəkir
cəng həvəsli təbillər
İblis çıxıb
taxtındadır!
Yetişdimi təntənəsi!?
Qulaqlarda kinayəli qəhqəhəsi:
Bumu insan!?
rəzalətdə
cirkab içrə
çırpınan
Gah firon
gah zavallı
Qəlbində kin
ayaqlarda sürüklənən
səfil, miskin…
Sözü ilə əxlaqı tərs
Zahirində bir üsyankar
batinində qul olan kəs…
ağıldan bəla
Zəhərləyən
torpağını
havasını
suyunu
Min-bir dərdə mübtəla...
Varlığını hey söküb hey dağıtmaqda
Bunca talan!
Bunca qarət!
Yaradana bir həqarət...
Bumu insan!?
Didib
əzib
parçalayan
Alçaldılan-alçalan
zalım-məzlum
toplusu
Əmrə tabe
hazır şeytan ordusu
Bumu insan!?
nəfsinə qul
Gah yırtıcı
gah da müti
zülmə tabe
yazıq-məlul
Tək-tək kamal sahibləri
istibdadın xidmətində
Ya da zillət torpaqında
günah yoxsa
xislətində…
Bumu insan!?
şəhvət
sərvət
əsiri
Hökmranlıq hərisi!
sürünməkdə
nə bir qürur, nə şərəfi
Bumu insan!?
Yer üzünün əşrəfi
Mən od ikən, o bir torpaq
Fəqət indi mənə ortaq!
Artırmaqda fəsadını...
Əhsən!
Alqış!
Ötüb keçdi ustadını...
yaranışda ona səcdə
Asi oldum mən əmrinə
Əfv et məni Pərvərdigar!
Daha hər şey çün aşikar
Bumu Adəm!?
Bumu İnsan!?
Bumu Bəşər!?
Məramı qan
fitnə
və şər...
ey Yaradan!
Hifz et Adəm nəslimizi
hidayət et
qurtar bizi bu bəladan
Həqq yolunu bəyan etmiş nəbilərin
övliyanın
O Xatəmul-ənbiyanın
xatirinə!...
Həqq, ədalət
qurbanları
igidlərin
Pak, müqəddəs şəhidlərin
xatirinə!...
Ali hikmət sahibləri
dahilərin
o işıqlı alimlərin
həqq eşqilə yananların
Təqva dolu
nurla dolu
zəhmətsevər
çox sadəcə insanların
xatirinə!...
Bağışla sən
bu günahkar bəndələri
Uzaq eylə bizdən Şəri
Qoyma isbat edə
iddiasını...
İblis
almaqda ikən
öz qisasını...
Inqilab_Yüklə
Bastiliya
Azadlıq
Respublika
Danton
Robespyer
Marat
Triumvirat
Düşmən kəsilmiş
silahdaşlar
Baltalanmış
dəli
başlar
Qanlı terror
Termidor
Jerminal
Bryumer
İnqilab yolu
Marselyoza
qilyotina
qanla dolu
Qurbanlar
min
milyon
Əvvəli
Hüguq Məramnaməsi
sonu
Napoleon…
Keçir küçələrdən
Otuz yeddi_Yüklə
Gecə...
küçələr kimsəsiz
Səssiz-səmirsiz
Qapılmış
bir müdhiş
sukuta
kainat
Yuxusuz...
Dolaşır şəhəri
dolaşır kabus...
qara furqon
Ünvanlar məlum
Ölümə məhkum!...
...Ayılıb yuxudan
hovlnak
Ağlayır uşaq...
"Sus
yavrum
körpəciyim
sus
Dolaşır şəhəri
dolaşır
kabus!
Eşidirsənmi
ayaq səsini
yaxınlaşır...
Qalxır
pillələri
qalxır
Kimin növbəsidir
bu gecə
Kimin
qapısı
döyüləcək
indi
Lap indicə...
Yaxınlaşır
ayaq səsi....
İlahi saxla
sən saxla
bizi!...”
...Yatmayıb şəhər
Oyaqdır
Baş İnkvizitor
Şikara çıxıb
qiyenalar
vəhşi Dinqo
itləri
Dolaşır şəhəri
XX əsrin
iyezuitləri...
...Gedir
qara furqon
Gedir milyon
insan taleyi
gecə yola çıxanlar
Damğalanıb
alçaldılıb
sonda yoxa çıxanlar...
Sonundasa qələbə…
Pirr qələbəsi _Yüklə
Blokada, blokada...
Şəhər həyəcanda
Səpələnir göy üzündən mərmilər
aramsız
Üç qatil dolaşır küçələri
Biri aclıq
biri soyuq
biri qurşun
amansız
Blokada, blokada...
İnsanlar zirehli halqada
Buz bağlamış soyuq otaq
şam işığında
Kiçicik bir qız yazır
qələm dolaşır
keyimiş barmaqlarında...
"Əvvəl anam öldü
sonra babam
sonra qonum-qonşu
əqrabam
Hamısı soyuqdan, aclıqdan
Bir tək mən qalmışam...” *
Zavallı qızcığaz
tənha
ac
Qorxu sarmış varlığını
Ölüm döyür qapını
aç
aç
aç!...
Əridi şam…
Qızcığaz da söndü
soyuq bir axşam…
Blokada, blokada
İnsanlar darda
Qarışmış bir-birinə
vəhşət, qətliam
şücaət, inam
Təslim edilmədi şəhər
900 gün, 900 gecə
Görünməmiş bir işkəncə
________________
* Tanja adlı on yaşlı bir qızın muzeydə saxlanan gündəliyindən
Ucaldıldı
qalibiyyət
qülləsi
Cəsədlər üzərində...
Daşları
milyon
insan
kəlləsi…
Anlamadız bu dünyada Uydurulmuş Cəngin sonu, cəngin sonu… Susdu toplar
Arlinqton qəbristanı_Yüklə
Amerika-72
Arlinqton qəbristanı...
Qirx min xaç var
qırx min ölüm
qırx min əskər
məzarı...
Cərgə-cərgə
xəttlər üzrə səliqəli
Sakit-sakit
tarix üzrə
vəsiqəli
qırx min
həyat işığının
bu sonuncu mənzilləri...
Çarli
Stenli
Tomas
Conni
Maykl
Çarlz
Yudjin
Bobbi
Amerika oğlanları-
müharibə qurbanları!
Zənn eylədiz
yaşamaqçın
yarandınız
Yanıldınız
yanıldınız
sadəlövhlər
yanıldınız
maskarad var
Sərhədlər var
siyasət var
diplomat var
"Ali dövlət maraqları”
Arsenalda yaraqları
kapital var
Politikan dövlətbaşı
yol göstərən
yüz abdal var
Əmrə tabe
on yeddinci
paralelə
atıldınız
Siz də
cəngə
bu oyuna
qatıldınız....
Zənn eylədiz
əskərisiz
azadlıgın
O ulduzlu
o milə-mil
amerikan
bayrağının
Amerika
oğlanları
Avantyura qurbanları...
Siz dünyanın orasında
nə arardız!?
Siz kabuslar arasında
nə arardız!?
Tapdınızmı supermenlər?
Ey talesiz centlmenlər...
Amerika-72
bayramlığın
hind quşunu
yeyəndə
Santa-Klaus
uşaqlara
hədiyyələr
göndərəndə
Sağdinizmı?
Amerika
oğlanları!
Doktrina qurbanları...
Sağdınızmı?
Ya da yox...
Bu sualdan
indi daha
fayda yox
o riyakar
azadlıq mifi
üçün
siz vətəndən ayrıldınız
Çağrılmamış yadellilər
siz geriyə
kilidlənmiş
qutularda
qayıtdınız!...
----------------------
Qurtardı daha bir
müharibə oyunu
Son güllə
son atəş
sonuncu səngər
Torpağa sərilmiş
sonuncu əskər
Əl verib barışdı
diplomatlar…
Bu da son…
Günahsız insanların qanı
alçaldılmış amerikan qüruru
məğlubiyyət
Arlinqton gəbristanı…
Gedirik Lənətə gəlsin
Pitekantrop ve Homo Sapiens_Yüklə
Baş alıb dünyanın qayğılarından
Bir gün ayaq yorub getdikcə getdim
Oldu son məkanım yaşıl bir orman
Şükürlər olsun ki arzuma yetdim
Dörd yanımda gül-çiçəkli tər çəmən
Başım üstə sonsuz səma, təkcə mən
Əyilib su içdim məsum çeşmədən
Bir qayğı yox ikən artıq heç nədən
Asudə bir nəfəs aldım...
Tüstüsü ətirli ocaq qalayıb
Oturdum, bir qədər xəyala daldım...
Nagəhan meşədən çıxdı bir nəfər
Kabusa bənzəyən vəhşi bir bəşər
Saç-saqqal içində
bel bükük
ayaq qısa
əl uzunsov
Doğrudan doğruya
pitekantrop!...
Əl verib görüşdük
köhnə dost kimi
Sordu necəsiz
necə varsınız?
Sanıram nəhayət bəxtiyarsınız...
-Elədir dostum
haqlısan
Bilsən nələr yaradıb
bilsən necə yüksəlib
kamalılə
İnsan!...
Fəqət...
Fəgət əsrimizin
təngnəfəs
vurur nəbzi
Atom əsri
sürət əsri
Daha nə bilim
nə əsri
Havamıza, suyumuza
şərik
maşınlar
Zirehli qoşunlar...
Beyinlərdə
şəhərlərin uğultusu
Detsibellər dolusu
bir, iki
sol
sol
sol
Qarşımızda
sonsuzluğa uzanan
dörd ölçülü
yol
yol
yol...
Ciyərlərdə
havanın
metal
qoxusu
Tələsirik
tələsirik
Tələsdirir
geri qalmaq
qorxusu
Xeyir-piyada
şərsə atlı
Çörəyimizdə
radium
iki yüz
otuz
altı
Tələsirik
Tələsir zaman
İllər aya dönüb
aylar da günə
Əsrin əsəbi vurur nəbzi
Qorxu da yük olub insan ömrünə
Sərhəd-sərhəd ayrılıb insanlar
Qəlb ayrı
məzhəb ayrı
cəng həvəsli hökmranlar
Dənizlər narahatdır
Okeanın rəngi boz!...
Efirdə həyəcan səsləri
SOS
SOS
SOS...
Bəşər
qan tər içində
qurğuşun əridir
Yer kürəsi
qığılcıma həsrət
mərmi
Müharibələr gedir
soyuq
isti
görüm
İblisi!...
... Tüstüləndı ocaqda od
Sağollaşmadı getdi
Pitekantrop...
Herostrat şöhrəti _Yüklə
Efesdə bir nəfər
Deyirlər
Yandırıb
bir zaman
Artemida məbədini
Çatıb arzusuna
tarixə düşüb!
Əbədilik
qazanıb
insanlığın lənətini
Əsrlər keçib
dəyişib insan
Dəyişib daha
başqadır zaman
Sadəlövh deyil
indi
manyak texnokratlar
Məbəd nədir ki!...
Dünyanı yandırmaq
niyyətindədir
müasir Herostratlar
------------ Gətidrilər onu Ana
Qorxulu Yuxu _Yüklə
... Səmada al-qırmızı
əfgan günəşi
yanıb-yaxır
Enib- qalxır
dörd tərəfdə
nəhayətsiz səhra
sanki
dalğalı
dəniz...
Sərilib torpağa
ağ geyimdə
yaralı əskər
yalqız
taqətsiz
Pıçıldayır
dodaqları
yana-yana
"Su ver mənə
su ver
ana!...”
Ayılır yuxudan ana
hövlnak
qorxudan
gecə yarısı
-Sən ey gözlərimin ağı-qarası!...
Hardasan indi, hardasan!?
Anan ölsün
sağmısan?...
Sən hara
körpəciyim
oralar hara
Kim səni apardı
o Qəndəhara!?
Hifz etsin
pərvərdigar
səni saxlasın
Bu nə yuxuydu belə
mən gördüm
Allah
xeyrə
calasın!..
qutuda
kilidlənmiş
bağlı
sinəsi dağlı
gözlərində
cavabsız
sorğu
"... Həqiqətmi?
bəlkə
bir müdhiş
yuxu?...”
Qoydular məzara
açılmamış
tabutu
hördülər
Gül-çiçəkə örtdülər
Baş daşında
həkk olundu
sonuncu rəsmi
Rəsmi, qeyti-rəsmi
təntənəli sözlər
deyildi
Tanıyanlar-tanımayanlar
Pionerlər
veteranlar
"əfqanlar”
Söz verdilər
harda olsalar, harda
"... nə işin vardı
sənin
o Qəndəharda!?”
yad edəcəklər ananı
"... tənha
yetim
qalanı...”
Lap elə bu baharda
"... nə işin vardı
sənin
o Qəndəharda!?”
yığışıb elliklə
o köhnə evini
təmir də edəcəklər
Gəlib baş çəkəcəklər...
Gözlərini zilləyib
qaranlıg
nəhayətsiz
boşluğa
gulaq asir ana
Yana-yana..
"Hardasan cocuğum, harda
... nə işin vardı
sənin
o Qəndəharda!?”...
...Yürüdü şəhərin üstünə
Varfolomey gecəsi_Yüklə
...Ayıldım
soyuq bir gecə
yaram yenə inləyir
Vermir aman göynəyir...
o gecə
zirehli qara divlər
Saqallı qorillalar
əllərində kalaşnikov
Dörd tərəfdən...
gecə yarı
başladı ov...
Qarşıda əli yalın insanlar
canlı sipər
Yarıb keçdi
əzib keçdi
qara divlər
Bir amansız müdhiş gecə...
Bir-birinə qarışmış toplum
Ölüm və olum!
Azadlıq haykıran sadəlövh insanlar
Polad tırtıllar altından püskürən ruhlar
...və qana susamış quduzlar
Politikan
buqələmun
dələduzlar
Provokator Qaponlar
...və istiqlal nəşəli xalq
milyonlar...
Şəhəri öldürməyə gəlmişdi
o gecə
qara divlər
Sübh çəkilib getdilər
Səhər
gözlərini açdı
qorxu içində
yaralı şəhər
Bakı
20 Yanvar - 90-cı il
...küçələrdə qan
üzərində
al-qırmızı
qərənfil...
Qanımızda
Apokalipsisə bir gün qalmış_Yüklə
Beynimizdə
ümüdlü-ümüdsüz
cavablı-cavabsız
min-bir qayğı
Başımız üstündə ozon yarığı...
Çörəyimizdə
suyumuzda
herbi-pestisidlər
günah sindromu
lə’nətə gəlmiş
immundefisitlər
Yağır üstümüzə
turş-qələvi yağışlar
Səpələnir
isti gar
rəngbərəng
Okean nəhəng
çirkab
gölü
Dənizlər
təngnəfəs
ölü
Sinəsi dağ...
İnləyir
damarları şişmiş
narkoman
torpaq
Transuran
kabus
küləklər əsir
Yaramızda
Yod-131...
Alqış! Homo Sapiens,
mərhaba!
Gəlib çatdıq...
hazırlaş,
intihar günüdür
sabah...
Fikirlərsə hey dolaşır İdrakın
Xeyir və Şər..._Yüklə
...Qanım donub damarlarda
Özüm harada, haralarda...
Quruyub sanki bədənim
kəsilib nəfəsim
Susub döyünməyir
qəfəsində
ürəyim...
Sıxdım cərgəhimi
əllərimlə bərk-bərk
Bir ağırlıq-qurğuşuntək!
Dilim quruyub susuzluqdan
dodaqlarım qəlpə-qəlpə
beynimi
səliqəsiz
kəlmə-kəlmə
Su gərəkdir!
sərin gəlsin
qızdırmalı
qəlbimə...
Bir azca su...
Yaşamaq arzusu
Bir az sevincə bürünmüş kədər
Kifayət qədər
Bir az acı haqsızlıq
Bir az da gönü qalın
dünyadan xəbərsiz
arsızlıq
Bir az yalançı mötəbərlık
Bir az da üzügülər
yırtıcı
namərdlik
Bir az sürünən yaltaqlıq
köpüklənən sağlıq
Bir az rütbəli nadanlıq
viranədə şadyanalıq
Bir az minüzlü
paxıllıq
zəhər dolu nəfəs
günahsız insanların harayı
Heyhat, əbəs...
Bir az yalan
arxadan sancılan
böhtan
Bir az da
çürük
insan kini...
...İçdim bu tünd içkini
...Ayıldım...
Ayıldım
soyuq tər içində
qaranlıq bir
gecə
Yəqin Şər tədbir tökür
hardasa
Tədbir tökür gizlicə...
Allah özü qorusun!...
Fəqət
Bu həyat
bu varlıq
şükürlər olsun
Şərin yox, Xeyirindir!
ilahi
ədalətindir
Hikmətlə nurlanan səadətindir
Sevgi - Nifrət
İşıq - Zülmət
Xeyir və Şər
Bir tərəfdə baqi aləm
əbədiyyət
Bir yandasa fani dünya...
Ömür qısa
ötür zaman!
Davam edir
Həyat adlı
fasiləsiz
bir İmtahan...
Dörd ölçülü aləm_Yüklə
Yuxuda gördüm
dörd ölçülü
olub
dünyamız
Bu sirrli
anılmaz
kainatımız
Bütün vicdan məhbusları
qaçıb
dördüncü ölçüyə
qurtulub
Şərsiz
ədavətsiz
bir həyat
qurulub...
İşıqgörməz
zindanlarda
qalmayıb
heç kəs!
Nə sərhədlər var
keçilməz
Nə zirehli
ordular
Nə də gizli polis...
Çəkilib çarmıxa
yetib cəzasina
nəhayət
Lənətə
gəlmiş
İblis!...
Çün zülmət- qara,
Işığın spektri_Yüklə
Dünyanın yarısı işıq,
yarısı
zülmət
Fəqət…
İşıq
zülmətdən
daha güclü
garanlığı
yarıb
keçər…
Sabaha
açılar
hər zülmət
gecə!
təkcə bir rəng
İşıqsa – ağ!...
Yeddi rəngdən
hörülmüş
nurlu çələng!
Deyirəm
Əks-səda və ya gələcək haqqında xatirələr_Yüklə
Ayağım altda
qranit sərtlik
Başım üstə
nəhayətsiz
günəşli
yüksəklik
Gözlərim
önündə
sıralı dağlar
Yaralı dağlar
Yaxınlar, uzaqlar...
Çağırıram
Ehe-he-he-heeey!
Qayalardan səsim gəliur
Eheeey-ehey-hey...
mənə
su gərəkdir
od gərəkdir...
Eşidirəm
Od gərəkdiiir
su gərəkdiiir
gərəkdiiir...
...Mənə su gərəkdir
Dənizlər qədər
Yanar ürəklərə
içirtmək üçün!
Mənə od gərəkdir
günəşdən odlu
Məzlumların
qəlbini
isitmək üçün!
... Mənə haray gərəkdir
dağlar titrədən
Oyadam uyumuş kar vicdanları
Mənə nur gərəkdir
zirehdən keçən
İşığa qərq edəm dar zindanları
...Mənə həqiqət deyin
müqəddəs, ulu
Varlığın sirrini
dərk edək gərək
Mənə yol göstərin
intibah yolu
Cəhalət mülkünü tərk edək gərək.
...Mənə hikmət verin
dünyamızdan daha qoca
Düşmən ümmətləri
mən barışdırım
Mənə zirvə verin
Everestdən daha uca
Ədalətin məş’əlini
mən alışdırım
...Mənə gül gərəkdir
xəzan günü
saralmasın
solmasın
Mənə dünya gərəkdir
kin -ədavət
qan
olmasın..
Epiloq_Yüklə
...Həyəcan zəngləri çalınır
Sən ey Adəm övladı!
Ya ağ, qara
ya da sarı
Yandıraq
bu gecə
hamılıqla şamları
Camelərdə, məscidlərdə
Hər kəlisə, məbədlərdə
Yandıraq şamları
bu gecə
hüzur içrə
Tövbə edək, barışaq
Nəhayət ki anlaşaq!...
İblisdən uzaq
Təqva dolu insan olaq
dürüst
mətin
Çoxmu çətin!?...
Yandıraq şamları
hamılıqla
qəlbimizdə bir ilahi sevgi nuru
Tövbə edək
bu gecə
Sabah gec olar...
Gər İsrafil
çalsa birdən
şeypuru...