Ön söz_Yüklə ...Yer adlı kosmik gəmi saniyədə otuz kilometr orta sürətlə Günəş ətrafında bir ilahi ahəng və düzənlə milyard illərdir ki hərəkət etməkdədir. Lakin gəminin içində bir hüzursuzluq, bir nizamsızlıq, bir həyəcan hökm sürür. Gəminin sərnişinləri bir-birilə anlaşa bilmirlər, qarşılıqlı şübhə, qorxu, iddia, ədavət, kin, inamsızlıq, milli, irqi, dini dözümsüzlük Adəm övladlarını bir-birinə düşmən edib. Qabilin Habili öldürdüyü gündən bu yana nə qədər qardaş qanı axıdılıb! Zindanlarda, savaşlarda, əsrlər boyu davam edən amansız qanlı müharibələrdə milyonlarla günahsız insanlar qətlə yetirilib. Azadlıq şüarları ilə başlanan bütün inqilablar sonda yeni əsarət, qanlı terror, saysız-hesabsız qurbanlar, diktatura ilə nəticələnib. Əvvəlcə daş-kəsəklə savaşan insanlar, sonra qılınc-nizə-ox, və daha sonralar isə odlu silahlarla bir-birini qətlə yetirməyin daha mükəmməl üsullarını kəşf etdilər. Bu günsə hərbi arsenallardakı atom-nüvə silahları, kimyəvi, bakterioloji silahlar Yer üzündəki bütün canlı aləmi, bəşəriyyət də daxil, bir dəfə yox, beş yüz dəfə öldürməyə qadirdir. Milyonlarla insan aclıq və səfalət girdabında ikən, dünyada hərbi məqsədlər üçün orta hesabla dəqiqədə 1 milyon dollar sərf olunur. Bəşər elmi böyük nailiyyətlər qazanmış, xüsusilə son əsrdə misli görünməmiş elmi-texnoloji nəticələr əldə edilmişdir. Bu nailiyyətlər insan övladını xoşbəxt edə bilərdi...Fəqət əfsuslar olsun ki elmi nailiyyətlər daha çox hərbə və təbiətin məhvinə xidmət etməkdədir. Təbiətin ilahi düzəni pozulmaqdadır.Okeanın, torpağın, atmosferin hədsiz çirklənməsi, zəhərlənməsi, və nəticədə, qlobal istiləşmə, ozon yarıqları, yeni-yeni çeşidli xəstəliklər – bunlar yaxınlaşmaqda olan qlobal fəlakətin əlamətləridir. Bəşəriyyət heç zaman Apokalipsisə bu qədər yaxın olmamışdır. İnsanın elmi artmaqdadır, lakin onun əxlaqı elmilə mütənasib artmır. Əksinə müəyyən tarixi dövrlərdə, məqamlarda geriyə gedir. İnsan möhtəşəm enerji mənbələrinə sahib olmuş, fəqət bu mənbələri doğru-dürüst idarə və istifadə edə biləcək əxlaqa sahib deyil. Ölkələr, millətlər, tayfalar, dinlər, məzhəblər arası qanlı çəkişmələr bu gün daha təhlükəli şəkildə davam etmədədir. Bəşəriyyət XX əsrdə bolşevizmə, faşizmə, imperializmə, şovinizmə və digər mizantrop "izm”lərə milyonlarla qurban verdi. I Dünya müharibəsində 15 milyon insan qətlə yetirildi, II Dünya müharibəsində isə 50 milyon... XXI əsr qanlı münaqişələrlə başadı. Hər gün dünyanın qaynar nöqtələrində yüzlərlə insan qətlə yetirilir. Primitiv terrorizm artıq müasir elmi nailiyyətlərlə silahlanmış "intellektual” terrorizmlə əvəz olunmaqdadır və heç kim zəmanət verə bilməz ki bir gün bütün bəşəriyyət onun girovuna çevrilməyəcək. Adəmdən bu yana zülm, xəyanət, istibdad, haram, nadanlıq, cinayət, fitnə, şər, yalan üzərində qurulmuş bütün böyük-kiçik qarşıdurmalarda İblisin dəst-xətti görünməkdədir. Bir zaman Allahın əmrinə asi olub, Adəmə baş əyməyən İblıs haqlı olduğunu isbat etməyə çalışır. Əslində bəşər tarixi həm də İblisin Adəm övladlarından intiqam tarixidir. Tarix boyu İblisin zəfər çaldığı zaman və məkanlar çox olmuşdur. Ən yeni tariximizdə Vyetnam, Əfqanıstan, Xocalı, 20 Yanvar, Bosniya, 11 Sentyabr, İraq... Dünyanın mənəvi entropiyası artmaqdadır. Adəm nəslinin yaşaması üçün tövbə, barışıq və anlaşmadan qeyri alternativ yox! Hələ gec deyil, lakin hər an gec ola bilər. Atom-nüvə proqramı üzrə "Manhetten” proyektində iştirak etmiş bir grup görkəmli amerikan alimi "Qiyamət gününün saatı” adlı simvolik nəhəng bir divar saatı quraşdırmışlar. Bu saatda gecə yarısı 1200 qlobal nüvə fəlakət anını ifadə edir. İndi bu saat 1155- i göstərir. Gecə yarısına cəmı beş dəqiqə qalib...
Proloq_Yüklə Açdım gözlərimi gördüm səhər açılır Dənizin arxasından al-qırmızı günəş qalxır... Sabahın xeyir sevgilim dəniz! Salamlar sənə ulu kainat Nə gözəlsən ey həyat! Səmanın maviliyi günəşin parlaq halqası Torpağın ətri suların şəffaf aynası Yaradanın sonsuz gözəl nemətləri bir ilahi sevgi dolu Əbədiyyət nicat yolu... Nə gərəkdir daha şükran üçün bundan artıq Ey insanlıq!...
Damokl qılıncı_Yüklə Dünya adlı sərgi salonu Tək bir tablo divarda …Oturub başı aşağı xəyallarda Dərin düşüncələr içində İnsan Dalıb dünyanın min-bir hikmətinə qayğılı nigaran Başı üstə tükdən asılıb nüvə başlıqlı ballistik raket… Altinda imza İnsan "Müasir avtoportret”
Sirr quyusu_Yüklə Taleyim sordu nədir istəyin? -Bir quyu arayıram Gözdən uzaq olsun özü dərin! Qaranlıq bir gecədə Səmanın görünməyəndə nə ayı, nə ulduzu Əyilib çağırmaq istəyirəm Eheyy!... İnsanlığın buynuzu var, buynuzu.. Şeytana uymuş insanlar Taxta çıxıb Şər Didib parçalayır qırır bir-birini zavallı bəşər Quduzluğa mübtəla Ümidsiz intihar qorxusu ağıldan bəla...
Mizantroplar_Yüklə Çevirmiş bizlərdən üzünü Tanrı İblisdən mayalanmış Zaman Doğub-törəyir mizantropları İnsan qiyafəli məramı şər İnləyir şübhə qorxu məkr içrə zavallı bəşər Torpaq şöhrət qadın altun daha nə bilim nə davası Ədavətin sağalmayan yarası... ...Kəsiləcək bir gün Insan nəslimiz ...Axtalanmasa İblis!
İblisin intiqamı və ya Bəşərin ən qısa tarixi_Yüklə Canlılar var insanlara bənzəyişli Varlıqların kentavrı cildi insan beyni şeytan quduz dişli Mücərrədçi rəssam gərək o canlını təsvir edə İstedadlı həm dözümlü cəsarətli fitnələrdən çəkinməyə! Yol gedirik, yollar uzun o varlıqlar aramızda sağalmayan yaramızda kəsilməyən davamızda zəhərlənən qanımızda.. ...Baş əymədi Adəmə İblıs Qovuldu Ərşi-Əladan... başladı fitnəsi Tarix boyu böyük qisas silsiləsi
Məkr, Hiylə Riya, Yalan Taxta çıxdı zaman-zaman ... O məsum Habili öldürdü Qabil İlk qətl ilk qardaş qanı ilk qatil İlk cinayət aktı ... və İblisin ilk uğurlu əməliyyatı! Sonra yeni uğurlar... Dara çəkilirkən həqiqətlər doğrular Doğuldu İblisdən törəmiş insanlar İnsanabənzər şeytanlar Altun gadın hökmranlıq Ehtiraslar ömür boyu heç olmasa bircə anlıq!... Neronların qan qoxulu sarayları Kolıma Osvensim Hirosima Günahsız insanların harayları Özlərini Allah sayan fironlar İnkvizisiya, tonqallar NKVD, zindanlar Gecə ikən yox olanlar Nargin adası Moskva Kreml millətlərin atası Lənətə gəlmiş azğın Şümrlər Alçaldılmış çürüdülmüş taptalanmış ömrlər Varfolomey gecəsi 20 Yanvar Xocalı zirehli qoşun Ürəkləri parçalayan namərd qurşun
Qaçqinlar köçkünlər didərginlər Elə həsrər qəriblərin fəryadı Nifrət və guduzluq! xəstə Adəm övladı Sonu görünməyən amansız savaş qaynar-soyuq Arsenalda əvvəlcə daş sonda mərmi meqatonluq Yüz iyirmi dörd min nəbi gəlib-getdi hey çağırdı doğru yola ümmətləri Eşitmədi yol azanlar Düzəlmədi məramı şər nəfsinə qul azğın bəşər... Dövlət-dövlət tayfa-tayfa millət-millət sərhədlənib insanlar Bütlər ayrı məzhəb ayrı Allah ayrı Hərbə hazır qudurğanlar Minbirüzlü siyasilər riya dolu ruhanilər məlun, naşı təbiblər Mərəz ağır... Haray çəkir cəng həvəsli təbillər İblis çıxıb taxtındadır! Yetişdimi təntənəsi!? Qulaqlarda kinayəli qəhqəhəsi: Bumu insan!? rəzalətdə cirkab içrə çırpınan Gah firon gah zavallı Qəlbində kin ayaqlarda sürüklənən səfil, miskin…
Bumu insan!? Sözü ilə əxlaqı tərs Zahirində bir üsyankar batinində qul olan kəs…
Elmə sahib dəliqanlı ağıldan bəla Zəhərləyən torpağını havasını suyunu Min-bir dərdə mübtəla... Varlığını hey söküb hey dağıtmaqda Bunca talan! Bunca qarət! Yaradana bir həqarət... Bumu insan!? Didib əzib parçalayan Alçaldılan-alçalan zalım-məzlum toplusu Əmrə tabe hazır şeytan ordusu Bumu insan!? nəfsinə qul Gah yırtıcı gah da müti zülmə tabe yazıq-məlul Tək-tək kamal sahibləri istibdadın xidmətində Ya da zillət torpaqında günah yoxsa xislətində… Bumu insan!? şəhvət sərvət əsiri Hökmranlıq hərisi! sürünməkdə nə bir qürur, nə şərəfi Bumu insan!? Yer üzünün əşrəfi Mən od ikən, o bir torpaq Fəqət indi mənə ortaq! Artırmaqda fəsadını... Əhsən! Alqış! Ötüb keçdi ustadını...
...Eyləmədim bir zaman mən yaranışda ona səcdə Asi oldum mən əmrinə Əfv et məni Pərvərdigar! Daha hər şey çün aşikar Bumu Adəm!? Bumu İnsan!? Bumu Bəşər!? Məramı qan fitnə və şər...
--------------------
…Ey rəhim, ey rəhman Allah! ey Yaradan! Hifz et Adəm nəslimizi hidayət et qurtar bizi bu bəladan Həqq yolunu bəyan etmiş nəbilərin övliyanın O Xatəmul-ənbiyanın xatirinə!... Həqq, ədalət qurbanları igidlərin Pak, müqəddəs şəhidlərin xatirinə!... Ali hikmət sahibləri dahilərin o işıqlı alimlərin həqq eşqilə yananların Təqva dolu nurla dolu zəhmətsevər çox sadəcə insanların xatirinə!... Bağışla sən bu günahkar bəndələri Uzaq eylə bizdən Şəri Qoyma isbat edə iddiasını... İblis almaqda ikən öz qisasını...
Inqilab_Yüklə Bastiliya Azadlıq Respublika Danton Robespyer Marat Triumvirat Düşmən kəsilmiş silahdaşlar Baltalanmış dəli başlar Qanlı terror Termidor Jerminal Bryumer İnqilab yolu Marselyoza qilyotina qanla dolu Qurbanlar min milyon Əvvəli Hüguq Məramnaməsi sonu Napoleon…
Otuz yeddi_Yüklə Gecə... küçələr kimsəsiz Səssiz-səmirsiz Qapılmış bir müdhiş sukuta kainat Yuxusuz... Dolaşır şəhəri dolaşır kabus...
Keçir küçələrdən qara furqon Ünvanlar məlum Ölümə məhkum!... ...Ayılıb yuxudan hovlnak Ağlayır uşaq... "Sus yavrum körpəciyim sus Dolaşır şəhəri dolaşır kabus! Eşidirsənmi ayaq səsini yaxınlaşır... Qalxır pillələri qalxır Kimin növbəsidir bu gecə Kimin qapısı döyüləcək indi Lap indicə... Yaxınlaşır ayaq səsi.... İlahi saxla sən saxla bizi!...” ...Yatmayıb şəhər Oyaqdır Baş İnkvizitor Şikara çıxıb qiyenalar vəhşi Dinqo itləri Dolaşır şəhəri XX əsrin iyezuitləri... ...Gedir qara furqon Gedir milyon insan taleyi gecə yola çıxanlar Damğalanıb alçaldılıb sonda yoxa çıxanlar...
Pirr qələbəsi _Yüklə Blokada, blokada... Şəhər həyəcanda Səpələnir göy üzündən mərmilər aramsız Üç qatil dolaşır küçələri Biri aclıq biri soyuq biri qurşun amansız Blokada, blokada... İnsanlar zirehli halqada Buz bağlamış soyuq otaq şam işığında Kiçicik bir qız yazır qələm dolaşır keyimiş barmaqlarında... "Əvvəl anam öldü sonra babam sonra qonum-qonşu əqrabam Hamısı soyuqdan, aclıqdan Bir tək mən qalmışam...” * Zavallı qızcığaz tənha ac Qorxu sarmış varlığını Ölüm döyür qapını aç aç aç!... Əridi şam… Qızcığaz da söndü soyuq bir axşam… Blokada, blokada İnsanlar darda Qarışmış bir-birinə vəhşət, qətliam şücaət, inam Təslim edilmədi şəhər 900 gün, 900 gecə Görünməmiş bir işkəncə ________________ * Tanja adlı on yaşlı bir qızın muzeydə saxlanan gündəliyindən
Sonundasa qələbə… Ucaldıldı qalibiyyət qülləsi Cəsədlər üzərində... Daşları milyon insan kəlləsi…
Arlinqton qəbristanı_Yüklə Amerika-72 Arlinqton qəbristanı... Qirx min xaç var qırx min ölüm qırx min əskər məzarı... Cərgə-cərgə xəttlər üzrə səliqəli Sakit-sakit tarix üzrə vəsiqəli qırx min həyat işığının bu sonuncu mənzilləri... Çarli Stenli Tomas Conni Maykl Çarlz Yudjin Bobbi Amerika oğlanları- müharibə qurbanları! Zənn eylədiz yaşamaqçın yarandınız Yanıldınız yanıldınız sadəlövhlər yanıldınız
Anlamadız bu dünyada maskarad var Sərhədlər var siyasət var diplomat var "Ali dövlət maraqları” Arsenalda yaraqları kapital var Politikan dövlətbaşı yol göstərən yüz abdal var Əmrə tabe on yeddinci paralelə atıldınız Siz də cəngə bu oyuna qatıldınız.... Zənn eylədiz əskərisiz azadlıgın O ulduzlu o milə-mil amerikan bayrağının Amerika oğlanları Avantyura qurbanları... Siz dünyanın orasında nə arardız!? Siz kabuslar arasında nə arardız!? Tapdınızmı supermenlər? Ey talesiz centlmenlər... Amerika-72 bayramlığın hind quşunu yeyəndə Santa-Klaus uşaqlara hədiyyələr göndərəndə Sağdinizmı? Amerika oğlanları! Doktrina qurbanları... Sağdınızmı? Ya da yox... Bu sualdan indi daha fayda yox
Uydurulmuş o riyakar azadlıq mifi üçün siz vətəndən ayrıldınız Çağrılmamış yadellilər siz geriyə kilidlənmiş qutularda qayıtdınız!... ----------------------
Cəngin sonu, cəngin sonu… Qurtardı daha bir müharibə oyunu Son güllə son atəş sonuncu səngər Torpağa sərilmiş sonuncu əskər
Susdu toplar Əl verib barışdı diplomatlar… Bu da son… Günahsız insanların qanı alçaldılmış amerikan qüruru məğlubiyyət Arlinqton gəbristanı…
Pitekantrop ve Homo Sapiens_Yüklə Baş alıb dünyanın qayğılarından Bir gün ayaq yorub getdikcə getdim Oldu son məkanım yaşıl bir orman Şükürlər olsun ki arzuma yetdim Dörd yanımda gül-çiçəkli tər çəmən Başım üstə sonsuz səma, təkcə mən Əyilib su içdim məsum çeşmədən Bir qayğı yox ikən artıq heç nədən Asudə bir nəfəs aldım... Tüstüsü ətirli ocaq qalayıb Oturdum, bir qədər xəyala daldım... Nagəhan meşədən çıxdı bir nəfər Kabusa bənzəyən vəhşi bir bəşər Saç-saqqal içində bel bükük ayaq qısa əl uzunsov Doğrudan doğruya pitekantrop!... Əl verib görüşdük köhnə dost kimi Sordu necəsiz necə varsınız? Sanıram nəhayət bəxtiyarsınız... -Elədir dostum haqlısan Bilsən nələr yaradıb bilsən necə yüksəlib kamalılə İnsan!... Fəqət... Fəgət əsrimizin təngnəfəs vurur nəbzi Atom əsri sürət əsri Daha nə bilim nə əsri Havamıza, suyumuza şərik maşınlar Zirehli qoşunlar... Beyinlərdə şəhərlərin uğultusu Detsibellər dolusu
Gedirik bir, iki sol sol sol Qarşımızda sonsuzluğa uzanan dörd ölçülü yol yol yol... Ciyərlərdə havanın metal qoxusu Tələsirik tələsirik Tələsdirir geri qalmaq qorxusu Xeyir-piyada şərsə atlı Çörəyimizdə radium iki yüz otuz altı Tələsirik Tələsir zaman İllər aya dönüb aylar da günə Əsrin əsəbi vurur nəbzi Qorxu da yük olub insan ömrünə Sərhəd-sərhəd ayrılıb insanlar Qəlb ayrı məzhəb ayrı cəng həvəsli hökmranlar Dənizlər narahatdır Okeanın rəngi boz!... Efirdə həyəcan səsləri SOS SOS SOS... Bəşər qan tər içində qurğuşun əridir Yer kürəsi qığılcıma həsrət mərmi Müharibələr gedir soyuq isti
Herostrat şöhrəti _Yüklə Efesdə bir nəfər Deyirlər Yandırıb bir zaman Artemida məbədini Çatıb arzusuna tarixə düşüb! Əbədilik qazanıb insanlığın lənətini Əsrlər keçib dəyişib insan Dəyişib daha başqadır zaman Sadəlövh deyil indi manyak texnokratlar Məbəd nədir ki!... Dünyanı yandırmaq niyyətindədir müasir Herostratlar
Qorxulu Yuxu _Yüklə ... Səmada al-qırmızı əfgan günəşi yanıb-yaxır Enib- qalxır dörd tərəfdə nəhayətsiz səhra sanki dalğalı dəniz... Sərilib torpağa ağ geyimdə yaralı əskər yalqız taqətsiz Pıçıldayır dodaqları yana-yana "Su ver mənə su ver ana!...” Ayılır yuxudan ana hövlnak qorxudan gecə yarısı -Sən ey gözlərimin ağı-qarası!... Hardasan indi, hardasan!? Anan ölsün sağmısan?... Sən hara körpəciyim oralar hara Kim səni apardı o Qəndəhara!? Hifz etsin pərvərdigar səni saxlasın Bu nə yuxuydu belə mən gördüm Allah xeyrə calasın!..
------------
Gətidrilər onu qutuda kilidlənmiş bağlı
Ana sinəsi dağlı gözlərində cavabsız sorğu "... Həqiqətmi? bəlkə bir müdhiş yuxu?...” Qoydular məzara açılmamış tabutu hördülər Gül-çiçəkə örtdülər Baş daşında həkk olundu sonuncu rəsmi Rəsmi, qeyti-rəsmi təntənəli sözlər deyildi Tanıyanlar-tanımayanlar Pionerlər veteranlar "əfqanlar” Söz verdilər harda olsalar, harda "... nə işin vardı sənin o Qəndəharda!?” yad edəcəklər ananı "... tənha yetim qalanı...” Lap elə bu baharda "... nə işin vardı sənin o Qəndəharda!?” yığışıb elliklə o köhnə evini təmir də edəcəklər Gəlib baş çəkəcəklər... Gözlərini zilləyib qaranlıg nəhayətsiz boşluğa gulaq asir ana Yana-yana.. "Hardasan cocuğum, harda ... nə işin vardı sənin o Qəndəharda!?”...
Varfolomey gecəsi_Yüklə ...Ayıldım soyuq bir gecə yaram yenə inləyir Vermir aman göynəyir...
...Yürüdü şəhərin üstünə o gecə zirehli qara divlər Saqallı qorillalar əllərində kalaşnikov Dörd tərəfdən... gecə yarı başladı ov... Qarşıda əli yalın insanlar canlı sipər Yarıb keçdi əzib keçdi qara divlər Bir amansız müdhiş gecə... Bir-birinə qarışmış toplum Ölüm və olum! Azadlıq haykıran sadəlövh insanlar Polad tırtıllar altından püskürən ruhlar ...və qana susamış quduzlar Politikan buqələmun dələduzlar Provokator Qaponlar ...və istiqlal nəşəli xalq milyonlar... Şəhəri öldürməyə gəlmişdi o gecə qara divlər Sübh çəkilib getdilər Səhər gözlərini açdı qorxu içində yaralı şəhər Bakı 20 Yanvar - 90-cı il ...küçələrdə qan üzərində al-qırmızı qərənfil...
Apokalipsisə bir gün qalmış_Yüklə Beynimizdə ümüdlü-ümüdsüz cavablı-cavabsız min-bir qayğı Başımız üstündə ozon yarığı... Çörəyimizdə suyumuzda herbi-pestisidlər
Qanımızda günah sindromu lə’nətə gəlmiş immundefisitlər Yağır üstümüzə turş-qələvi yağışlar Səpələnir isti gar rəngbərəng Okean nəhəng çirkab gölü Dənizlər təngnəfəs ölü Sinəsi dağ... İnləyir damarları şişmiş narkoman torpaq Transuran kabus küləklər əsir Yaramızda Yod-131... Alqış! Homo Sapiens, mərhaba! Gəlib çatdıq... hazırlaş, intihar günüdür sabah...
Xeyir və Şər..._Yüklə ...Qanım donub damarlarda Özüm harada, haralarda... Quruyub sanki bədənim kəsilib nəfəsim Susub döyünməyir qəfəsində ürəyim... Sıxdım cərgəhimi əllərimlə bərk-bərk Bir ağırlıq-qurğuşuntək! Dilim quruyub susuzluqdan dodaqlarım qəlpə-qəlpə
Fikirlərsə hey dolaşır beynimi səliqəsiz kəlmə-kəlmə Su gərəkdir! sərin gəlsin qızdırmalı qəlbimə... Bir azca su... Yaşamaq arzusu Bir az sevincə bürünmüş kədər Kifayət qədər Bir az acı haqsızlıq Bir az da gönü qalın dünyadan xəbərsiz arsızlıq Bir az yalançı mötəbərlık Bir az da üzügülər yırtıcı namərdlik Bir az sürünən yaltaqlıq köpüklənən sağlıq Bir az rütbəli nadanlıq viranədə şadyanalıq Bir az minüzlü paxıllıq zəhər dolu nəfəs günahsız insanların harayı Heyhat, əbəs... Bir az yalan arxadan sancılan böhtan Bir az da çürük insan kini... ...İçdim bu tünd içkini ...Ayıldım... Ayıldım soyuq tər içində qaranlıq bir gecə Yəqin Şər tədbir tökür hardasa Tədbir tökür gizlicə... Allah özü qorusun!... Fəqət Bu həyat bu varlıq şükürlər olsun Şərin yox, Xeyirindir!
İdrakın ilahi ədalətindir Hikmətlə nurlanan səadətindir Sevgi - Nifrət İşıq - Zülmət Xeyir və Şər Bir tərəfdə baqi aləm əbədiyyət Bir yandasa fani dünya... Ömür qısa ötür zaman! Davam edir Həyat adlı fasiləsiz bir İmtahan...
Dörd ölçülü aləm_Yüklə Yuxuda gördüm dörd ölçülü olub dünyamız Bu sirrli anılmaz kainatımız Bütün vicdan məhbusları qaçıb dördüncü ölçüyə qurtulub Şərsiz ədavətsiz bir həyat qurulub... İşıqgörməz zindanlarda qalmayıb heç kəs! Nə sərhədlər var keçilməz Nə zirehli ordular Nə də gizli polis... Çəkilib çarmıxa yetib cəzasina nəhayət Lənətə gəlmiş İblis!...
Işığın spektri_Yüklə Dünyanın yarısı işıq, yarısı zülmət Fəqət… İşıq zülmətdən daha güclü garanlığı yarıb keçər… Sabaha açılar hər zülmət gecə!
Çün zülmət- qara, təkcə bir rəng İşıqsa – ağ!... Yeddi rəngdən hörülmüş nurlu çələng!
Əks-səda və ya gələcək haqqında xatirələr_Yüklə Ayağım altda qranit sərtlik Başım üstə nəhayətsiz günəşli yüksəklik Gözlərim önündə sıralı dağlar Yaralı dağlar Yaxınlar, uzaqlar... Çağırıram Ehe-he-he-heeey! Qayalardan səsim gəliur Eheeey-ehey-hey...
Deyirəm mənə su gərəkdir od gərəkdir... Eşidirəm Od gərəkdiiir su gərəkdiiir gərəkdiiir... ...Mənə su gərəkdir Dənizlər qədər Yanar ürəklərə içirtmək üçün! Mənə od gərəkdir günəşdən odlu Məzlumların qəlbini isitmək üçün! ... Mənə haray gərəkdir dağlar titrədən Oyadam uyumuş kar vicdanları Mənə nur gərəkdir zirehdən keçən İşığa qərq edəm dar zindanları ...Mənə həqiqət deyin müqəddəs, ulu Varlığın sirrini dərk edək gərək Mənə yol göstərin intibah yolu Cəhalət mülkünü tərk edək gərək. ...Mənə hikmət verin dünyamızdan daha qoca Düşmən ümmətləri mən barışdırım Mənə zirvə verin Everestdən daha uca Ədalətin məş’əlini mən alışdırım ...Mənə gül gərəkdir xəzan günü saralmasın solmasın Mənə dünya gərəkdir kin -ədavət qan olmasın..
Epiloq_Yüklə ...Həyəcan zəngləri çalınır Sən ey Adəm övladı! Ya ağ, qara ya da sarı Yandıraq bu gecə hamılıqla şamları Camelərdə, məscidlərdə Hər kəlisə, məbədlərdə Yandıraq şamları bu gecə hüzur içrə Tövbə edək, barışaq Nəhayət ki anlaşaq!... İblisdən uzaq Təqva dolu insan olaq dürüst mətin Çoxmu çətin!?... Yandıraq şamları hamılıqla qəlbimizdə bir ilahi sevgi nuru Tövbə edək bu gecə Sabah gec olar... Gər İsrafil çalsa birdən şeypuru...